Mirça Rednik: Bu, ağ yalandır
14.09.2011 - 14:35
Mirça Rednik: Bu, ağ yalandır
“Komandaya gətirdiyim legionerlərin bəziləri Lənkəran haqda fikirlərini müsbətə tərəf dəyişdilər. Digərləri isə əksinə, bir neçə məşqdən sonra qaçıb aradan çıxdılar”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis klubdakı maliyyə vəziyyətinə aydınlıq gətirib: “Sonra da deyirlər ki, guya “Xəzər Lənkəran”da maliyyə problemi var. Lakin bu, ağ yalandır. Siz elə fikirləşirsiniz ki, mən maliyyə problemi olan yerdə qalaram? Düzdür, pul heç də ən vacib şey deyil. Elə an olub ki, özüm də “Xəzər Lənkəran”dan ayrılmağa yaxın olmuşam. Lakin lənkəranlı azarkeşlər və bura gətirdiyim legionerlərə görə qalmağa üstünlük vermişəm”.