Yığmamız Norveçlə Belçika arasında fərq qoymadı
14.09.2011 - 15:38
Azərbaycan millisinin (U-21) daha bir oyununun vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Avro-2013-ün seçmə mərhələsindəki 4-cü matçını da Mərdəkanda keçirəcək.
Belə ki, Belçika ilə oktyabrın 10-da keçiriləcək matç “Dalğa Arena”da baş tutacaq. Görüş saat 15:00-da başlayacaq.
Qeyd edək ki, ilk 2 matçını səfərdə keçirən yığmamız Belçikadan 4 gün əvvəl Norveçlə qarşılaşmanı da eyni arenada və eyni saatda oynayacaq.
Mənbə: affa.az

0
0