“Komandamızı Aleksandr Starkovsuz təsəvvür etmək çətindir”
14.09.2011 - 15:43
“Komandamızı Aleksandr Starkovsuz təsəvvür etmək çətindir”
“DÇ-2014-ün seçmə mərhələsində Latviya yığmasını kimin çalışdıracağını bilmirəm. Amma ümid edirəm ki, Aleksandr Starkov postunda qalacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Latviya millisinin futbolçusu Aleksandr Saunya deyib.

Rusiya MOİK-ində oynayan 23 yaşlı yarımmüdafiəçi müqaviləsi Avro-2012-nin seçmə mərhələsi başa çatdıqdan sonra bitən baş məşqçi Aleksandr Starkovun yığmadakı fəaliyyətini davam etdirməsini istəyir. Saunya “Bakı” klubunun çalışdırıcısına ehtiyac olduğunu düşünür: “Milli komandamızı Starkovsuz təsəvvür etmək çətindir. O, yığmamız üçün nəhəng işlər görüb. İndi onun formalaşdırdığı yeni komanda təkmilləşmə mərhələsindədir. Son 2 oyunumuz bir daha göstərdi ki, Starkov istənilən anda lazım olan sözləri tapıb, futbolçuları kökləməyi bacarır”.

Qeyd edək ki, “Bakı” rəhbərliyi Starkovun yığma ilə müqaviləsi bitəndə onun qarşısında milli və klub arasında seçim etmək tələbi qoyacağını açıqlayıb.