Toni Adams: “Neftçi” futbolçularla bağlı balansı hələ tapa bilməyib
14.09.2011 - 15:55
Toni Adams: “Neftçi” futbolçularla bağlı balansı hələ tapa bilməyib
“Neftçi” uğursuz oyunlar keçirsə də, çempionatın güclü komandaların biridir”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

Həftəsonu “Neftçi” ilə qarşılaşacaq əyalət təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək niyyətindədir. Cari mövsümdə keçirdiyi 5 matçın üçünü qələbə, ikisini bərabərliklə başa vuran Adamsın yetirmələri mükafatçılar sırasına düşmək uğrunda rəqiblərindən olan “ağ-qaralar”ı da büdrətmək istəyir. Rəqib haqda danışan ingiltərəli mütəxəssis paytaxt klubunun hələ balansı tuta bilmədiyini qeyd edib: “Onların bir neçə oyunlarını izləmişəm. AZAL-la matçda uduzmamalı idilər. Düşünürəm ki, “Neftçi” oyunçularla bağlı balansı hələ tapa bilməyib. Bunu etdikdən sonra qələbələri sıralayacaq”.

Həftəsonu keçiriləcək oyuna gəlincə, Adams deyib ki, komandasını çətin sınaq gözləyir: “Buna baxçayaraq, yenə qələbəyə iddialıyıq. Ancaq onu da deyim ki, “Neftçi” mövsümü ilk “üçlük”də tamamlamağa namizədlərdəndir”.