Böyükağa Hacıyev: Fiziki hazırlıq üzrə mütəxəssisə ehtiyac yoxdur
14.09.2011 - 16:19
“Mehmet Akla birgə çalışmamaq qərarına gəldik”. Apasport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına açıqlamasında deyib.
Çalışdığı klublarda az sayda köməkçi məşqçi saxlaması ilə tanınan mütəxəssis türkiyəli Mehmet Akın komandadan kənarlaşdırılmasının səbəbini izah edib. Onun sözlərinə görə, ardıcıl 2 oyundur məğlub olan komandaya belə mütəxəssis lazım deyil: “Artıq onun yardımına ehtiyacımız yoxdur. Komandaya fiziki hazırlığı məşqçilər korpusunda yer alan mütəxəssislər keçəcək".
Qeyd edək ki, Mehmet Ak şəxsi işləri ilə əlaqədar 2 həftəliyə Türkiyəyə yollanıb.

0
0