UEFA “Syon”un arzusunu gözündə qoydu
14.09.2011 - 17:29
Şotlandiyanın “Seltik” klubu Avroliqanın qrup mərhələsində çıxış edəcək. Apasport.az saytının məlumatına görə, UEFA qalmaqala səbəb olan “Syon” (İsveçrə) – “Seltik” qarşılaşması ilə bağlı qərarının dəyişməz qalacağını açıqlayıb.
Məsələ ondadır ki, Avroliqanın IV təsnifat mərhələsində Şotlandiya “Seltik”i ilə qarşılaşan isveçrəlilər 2 oyunun nəticəsinə əsasən (0:0, 3:1) mərhələ adlamışdı. Lakin oynamaq hüququ olmayan futbolçuların xidmətindən yararlanan isveçrəlilər UEFA tərəfindən cəzalandırılmışdı. Qurum “Syon”u qrup mərhələsinə buraxmayıb bu hüququ “Seltik”ə vermişdi.
Lakin məsələni bu yerdə qoymayan “Syon” məhkəməyə şikayət edib haqsızlıqla üzləşdiyini sübut edə bilib. Buna sevinən isveçrəlilər sabah İspaniyada “Atletiko”nun qonağı olan “Seltik”in əvəzində meydana çıxacağına ümid edirdi. Lakin UEFA məhkəməni də dinləmədən qərarının qüvvədə qaldığını bildirib.

0
0