“Belə “razılaşma”nın olması əsl nonsensdir”
14.09.2011 - 17:43
“Belə “razılaşma”nın olması əsl nonsensdir”
FİFA prezidenti Zepp Blatter tezliklə istefa verəcəyi barədə yayılan şayiələri təkzib edib. Apasport.az saytının məlumatına görə, ali futbol təşkilatının rəhbəri “Twitter” sosial şəbəkəsindəki şəxsi səhifəsində vəzifəsini Mişel Platiniyə təhvil vermək üçün tez bir zamanda istefaya getməyəcəyini açıqlayıb.

O bildirib ki, müəyyən müddətdir barəsində mətbuatı zəbt edən məlumat heç bir həqiqətə söykənmir: “Mənimlə Platini arasında onun FİFA prezidenti vəzifəsinə təyin edilməsi barədə “razılaşma”nın olması əsl nonsensdir. Mən öz səlahiyyətlərimi vaxtından əvvəl təhvil vermək niyyətində olduğum fərziyə sadəcə gülüncdür”.