4 gün sonrakı münasibət
14.09.2011 - 21:15
4 gün sonrakı münasibət
"Xəzər Lənkəran"a qarşı yaxşı oynadıq, amma təəssüf ki, öz səhvimizdən qol buraxdıq. Düzdür, biz də qol vurduq. Lakin hakim səhvən ofsayd qeydə aldı. Həmin epizodda Alessandronun oyundankənar vəziyyətdə olmadığını hamı gördü". Apasport.az saytının xəbərinə görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Slavço Georgievski deyib.

Makedoniyalı legioner klubun rəsmi saytına açıqlamasında Premyer Liqanın VI turunda 4 gün əvvəl “Xəzər Lənkəran”a uduzduqları oyun, eləcə də “Qəbələ” ilə qarşıdan gələn görüş haqda fikirlərini bildirib: "Qəbələ" ilə oyuna ciddi hazırlaşırıq. Artıq xal itirməyə haqqımız yoxdur. Çempionluğa oynayırıq, buna görə də hər oyunda qələbə qazanmağa çalışırıq. "Qəbələ" ilə oyun da istisna deyil. İnşallah, qalib gələcəyik".