“Həmin görüşdəki heç-heçə rəqibimizə psixoloji üstünlük verirdi”
14.09.2011 - 21:19
“Rəqibin “Qarabağ”la oyununu izləmişdim. Həmin görüşdəki heç-heçə rəqibimizə psixoloji üstünlük verirdi”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı çalışdırıcı Premyer Liqanın “Sumqayıt Şəhər”lə IV turundan salınmış matçı (2:0) barədə fikirlərini açıqlayıb. O bildirib ki, uğurlu əvəzetmələrlə ikinci hissədə oyunun gedişini dəyişiblər: “Daha çox qol imkanlarımız oldu, istifadə edə bilmədik. Layiqli qələbə qazandıq. Artıq növbəti turun oyununa hazırlaşacağıq. Samir Zərgərovun meydana qayıtması bizi sevindirir, artıq qarşıdakı oyunlarda da bizə kömək edə biləcək. Rəqib komandanın baş məşqçisini gənc futbolçulardan belə gözəl komanda formalaşdırdığıl üçün təbrik edirəm".

0
0