Kaka “Real”a lazım olmadı
14.09.2011 - 21:48
Az sonra Çempionlar Liqasında ilk görüşünə çıxacaq "Real" daha bir futbolçunun xidmətindən məhrum olub. Apasport.az saytının xəbərinə görə, madridlilərin braziliyalı futbolçusu Kaka "Dinamo" (Zaqreb) ilə görüş üçün Xorvatiyaya aparılmayıb.
Uzun zamandır zədədən əziyyət çəkən Kakanın hələ də formada olmadığı müəyyənləşib. Məhz buna görə də Kaka "Real"ın heyətindən kənarda qalıb. Kaka ilə yanaşı, "Real"ın türkiyəli futbolçuları Nuri Şahin və Hamit Altıntop da zədə səbəbindən hələlik komandalarına kömək edə bilmirlər.

0
0