Messinin transferi
14.09.2011 - 23:04
"Mançester Siti"nin argentinalı hücumçusu Serxio Aquero maraqlı açıqlamaları ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının xəbərinə görə, o, İngiltərə klubuna keçidində Argentina millisindəki komanda yoldaşı Lionel Messinin böyük əməyinin olduğunu bildirib: "Argentina millisində tez-tez Messi ilə söhbətim olurdu. Messi mənə dedi ki, "Mançester Siti"yə get və orada daha çox titul qazanmaq imkanın olacaq. Üstəlik, İngiltərədə çıxış etməklə dünyanın ən yaxşısı da ola biləcəyimi bildirdi. Mən də ona inandım və bu gün "Mançester Siti"də çıxış edirəm. Düşünürəm ki, mövsümə yaxşı başlamışam. Artıq premyer-liqada 6 qola imza atmışam. İnanıram ki, bu qolların ardı gələcək".
0
0