“Beşiktaş” Ərsun Yanala elçi düşdü
14.09.2011 - 23:07
Yeni mövsümə uğursuz start verən "Beşiktaş" klubun strukturunda dəyişikliklər etməyə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, rəhbərlik ilk növbədə komandaya təcrübəli idman direktorunun gətirilməsini müzakirə edir.
Hələlik bu yerə ən real namizəd kimi vaxtilə Türkiyə millisi və "Trabzonspor"u çalışdırmış Ərsun Yanalın adı hallanır. "Ağ-qaralar"da hazırkı problemlərin əsas səbəbi kimi aşağı yaş qrupundan istedadlı uşaqların çıxmaması göstərilir. Məhz bu problemin həlli üçün klub rəhbərliyi idman direktoru vəzifəsinə Yanalı gətirmək istəyir.

0
0