“Turan”a verilən söz
14.09.2011 - 23:13
“Turan”a verilən söz
Tovuzun “Turan” klubunun rəhbərliyi futbolçularına söz verib. Apasport.az saytının məlumatına görə, oyunçuların aylıq əməkhaqqısı cümə gününə qədər verilməlidir.

Ötən il olduğu kimi, “Turan”da yenə maliyyə böhranı meydana gəlib. Amma bu problem qısa zamanda yoluna qoyulacaq.

Məvacib alacaqlarına ümid edən futbolçular dünəndən etibarən tam heyətlə məşqlərə başlayıblar. Komandanın düşərgəsində zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamdır.

Qeyd edək ki, “Turan” VI turda çempionluğa iddialı “Bakı”nı qəbul edəcək.