Milli komandamız almaniyalılara “dərs keçdi”
15.09.2011 - 09:04
Milli komandamız almaniyalılara “dərs keçdi”
Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandası (U-17) yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri “Viktoriya 01 Aşaffenburq” klubunun U-17 komandası ilə qarşılaşıb.

Görüş yığmamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb. İki qolun müəllifi Ruslan Nəsirli olub. Kamran Abdullazadə, Namiq Ələsgərov, Ramin Şirinov və Şamil Camaləddinov hərəyə bir dəfə fərqlənib.

Mənbə: affa.az