Braziliya Argentina ilə bacarmadı
15.09.2011 - 10:00
Dünyanın ən güclü milli komandalarından sayılan Braziliya və Argentina yığmaları yoldaşlıq oyunu keçiriblər. Apasport.az saytının məlumatına görə, Cənubi Amerika nəhəngləri yalnız daxili çempionatda çıxış edən futbolçulardan ibarət heyətlərlə üz-üzə gəliblər. Argentina üçün Braziliyada keçiriləcək DÇ-2014-ün seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda qapılara qol vurulmayıb. Maraqlıdır ki, bu oyunda Braziliya yığmasının kapitanı bir müddət komandadan uzaq düşən Ronaldinyo olub.
Qeyd edək ki, prinsipial rəqiblər sentyabrın 28-də Braziliyada üz-üzə gələcək.
Qeyd edək ki, prinsipial rəqiblər sentyabrın 28-də Braziliyada üz-üzə gələcək.
0
0