Yığmamızın rəqibi meydanda dava saldı - FOTO
15.09.2011 - 10:55
Yığmamızın rəqibi meydanda dava saldı - FOTO
Futzal üzrə Avro-2012-nin final mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Jorje Brazın yetirmələri güclü Rusiya komandası ilə görüşüb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb.

Matçın ən maraqlı hadisələri isə 2-ci hissədə yaşanıb. Belə ki, portuqaliyalı Rikardinyo rəqib futbolçu ilə dalaşmaq qərarına gəlib. Hər 2 komanda üzvlərinin də qatıldığı dava-dalaş müəyyən müddətdən sonra sakitləşdirilib.

Qeyd edək ki, gələn ilin fevralında Xorvatiyada keçiriləcək qitə çempionatında Azərbaycan, Portuqaliya və Serbiya yığmaları eyni qrupda mübarizə aparacaq.