Rusiya - Azərbaycan matçı yenidən “Lujniki”də
15.09.2011 - 12:00
DÇ-2014-ün seçmə mərhələsinin Rusiya – Azərbaycan matçının keçiriləcəyi məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, hələ təqvimi və oyunlarının tarixi bilinməyən seçmə mərhələdə millimiz şimallılarla Moskvadakı “Lujniki” stadionunda görüşəcək.
Belə ki, Rusiya millisi seçmə mərhələdəki bütün ev oyunlarını bu arenada keçirməyə qərar verib. Bu ölkənin Futbol İttifaqının prezidenti Sergey Fursenko açıqlayıb ki, əsas yığma rəsmi matçlarını “Lujniki”də oynamalıdır.
Qeyd edək ki, artıq 1 dəfə bu stadiona ayaq basan yığmamız DÇ-2010-un seçmə oyununda 0:2 hesabı ilə uduzub.

0
0