“Qarabağ”&“Xəzər Lənkəran”: 21-ci duelədək hər şey
15.09.2011 - 12:26
Azərbaycan Premyer Liqasının VI turunda “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ”ın rəsmi saytı da bu matça xüsusi önəm verir. Apasport.az-ın məlumatına görə, Ağdam təmsilçisinin əməkdaşları 2 klub arasında əvvəl baş tutan 20 oyunun tarixi ilə bağlı maraqlı statistik yazı hazırlayıblar. Burada 2 komanda arasında əvvəlki oyunlar, həmçinin qarşılaşmalarla bağlı ən maraqlı faktlar yer alıb.
“Qarabağ” – “Xəzər Lənkəran”: bütün oyunlar və qollar
2004/05
Ev: 3:1 (Vadim Vasilyev, 16. Samir Abasov, 18. Samir Musayev, 51 – Samir Əliyev, 21)
səfər: 0:3 (Samir Əliyev 34, 43. Rəşad Abdullayev, 74)
2005/06
Ev: 2:1 (Müşfiq Hüseynov, 4. Samir Musayev, 29 p. – Samir Əliyev, 64)
Səfər: 0:2 (Alim Qurbanov, 54. Robert İlyeş, 73)
2006/07
Ev: 1:4 (Kənan Kərimov, 25 - Zaur Ramazanov, 29, 38. Edmond N’Tiamoa, 42, 68)
Səfər: 0:2 (Rəşad Abdullayev, 60. Xorxe Diaz, 80)
2007/08
Ev: 2:0 (Vaqif Cavadov, 6. Zaur Həşimov, 19)
Səfər: 0:2 (Elmar Baxşiyev, 36. Juninyo, 61)
2008/09
Ev: 1:0 (Artim Şakiri, 85)
Səfər: 3:1 (Vaqif Cavadov, 54. Zaur Ramazanov, 68. Sedat Saini, 81 - Mario Souza, 90+3)
2009/10
Ev: 1:0 (Rauf Əliyev, 86)
Səfər: 0:0
Final mərhələsi
Ev: 2:1 (Rəşad Sadıqov, 23. Rauf Əliyev, 35 - Mario Souza, 65)
Səfər: 1:2 (Georgi Adamiya, 62 - Svetkov, 45 p. Mario Souza, 54)
Kubok
Ev: 2:1 (Rəşad Sadıqov, 59. Admir Teli, 90+3 – Opara, 20)
Səfər: 0:1 (Kabral, 15)
2010/11
Ev: 0:1 (Arbanas, 66)
Səfər: 2:1 (Rauf Əliyev 4, 75 – Alim Qurbanov,11)
Final mərhələsi
Ev: 0:0
Səfər: 1:1 (İlqar Qurbanov,90+1-Opara,16)
Məqamlar
* İndiyə kimi tərəflərin 20 oyunu baş tutub. 18 görüş çempionatda, 2 görüş isə kubokda
* 18 görüşdə “Qarabağ” 8 qələbə qazanıb, 7 dəfə “Xəzər Lənkəran” 3 xala sevinib.
* Heç-heçəni sevməyən tərəflərin qarşıdurmasında cəmi 3 bərabərlik qeydə alınıb ki, bunların 2-si sonuncu oyunlarda qeydə alınıb.
* Sonuncu matçda qeydə alınan heç-heçə tərəflərin ilk qollu bərabərliyi oldu.
* İqor Ponomaryov və Rasim Kara bu duellərdə hər 2 komandanın baş məşqçisi olub. Ponomaryovlu “Qarabağ” məhz Karanın “Xəzər Lənkəran”ına qarşı oynayıb. Duellərin başladığı ilk çempionatda tərəflər hərəyə bir qələbə qazanıb.
* Rasim Karanın başçılığı altında “Qarabağ”ın isə bu rəqiblə görüşlərdə 2 məğlubiyyət və 1 qələbəsi var.
* 2008/09 mövsümündə isə “Qarabağ” bu dəfə Qurban Qurbanovun başçılığı altında Karanın “Cəzər Lənkəran`ı ilə qarşılaşıb və ilk səfər qələbəmiz reallaşıb - 3:1.
* Ağasəlim Mircavadov da hər 2 komanda da baş məşqçi kimi çalışsa da, “Qarabağ”ın başındaykən “Xəzər Lənkəran”a qarşı olmayıb.
* Tərəflərin ilk dörd duelində ev sahibləri rəqiblərinə qələbə sevinci yaşatmayıb.
* 2006/07 mövsümündə isə “Xəzər Lənkəran” Suraxanıda qələbə qazanmaqla bu seriyanı dayandırıb.
* Ən uzun qələbə seriyası isə “Qarabağ”a məxsusdur. 2008 və 2009-cu illərdə keçirilən 4 qarşılaşmada bu komanda qalib tərəf olub.
* Kubokda tərəflər hərəyə bir qələbə qazanıb. 2009/2010 mövsümündə 1/4 finalda “Qarabağ” 2:1 qalib gəlsə də, cənublular cavab görüşündə 1:0-lıq qələbəylə mərhələ adlayıblar.
* Çempionatlarda “Qarabağ” rəqibinə 19 dəfə, `Xəzər Lənkəran` isə 22 dəfə qol vurub.
* Tərəflər ümumilikdə 45 qol vurublar. Yerli futbolçular 28, əcnəbilər isə 17 dəfə fərqləniblər.
* Tərəflərin duelində ilk qolu 2004/05 mövsümündə Vadim Vasilyev vurub.
* Maraqlıdır ki, 2004-cü ilin dekabrın 12-də baş tutmuş ilk görüşdə meydana çıxanlardan sadəcə Vüqar Nadirov indi də “Qarabağ”ın formasını geyinir. Digər tərəfdən isə həmin oyunda tər tökmüş Alim Qurbanov 8 il sonra eyni komandanın şərəfini qoruyur.
* 20 qarşılaşmada tərəflər hərəyə 1 dəfə penaltidən vurulmuş qola seviniblər.
* Duellər tarixində ən çox qolu Samir Əliyev (Xəzər Lənkəran) və Rauf Əliyev (Qarabağ) vurub. Hər 2 forvardın hesabında 4 qol var. Samirdən fərqli Rauf hazırda “Qarabağ”ın şərəfini qoruyur.
* Rauf derbidə “Qarabağ”da dubl edən yeganə futbolçudursa, Lənkəran təmsilçisində Samir Əliyev, N’Tiamoa və Zaur Ramazanov bunu bacarıb.
* Zaur Ramazanov hər 2 komandanın heyətində rəqibinə qol vuran yeganə futbolçudur.
* Hazırda “Qarabağ”ın formasında çıxış edən Zaur Həşimov, Vüqar Nadirov, İlqar Qurbanov, “Xəzər Lənkəran”da isə Elnur Allahverdiyev və Şəhriyar Xəlilov, Alim Qurbanov əks düşərgədə forma geyinib.
* Zaur və İlqar “Qarabağ”ın heyətində sabiq komandalarını qol vuraraq məyus etməyi bacarıblar.

0
0