Mərkəzi oyunlar canlı yayımda
15.09.2011 - 13:00
Mərkəzi oyunlar canlı yayımda
Premyer Liqanın VI turunun 3 oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, bu həftə ölkə çempionatında baş tutacaq 6 qarşılaşmadan 3-ü eyni sayda müxtəlif kanalla azarkeşlərə nümayiş olunacaq.

Bu matçların 1-i sentyabrın 17-də, 2-si ertəsi gün yayımlanacaq. Tamaşaçıların turun maraqla gözlənilən hər 2 oyunu – “Qarabağ”la “Xəzər Lənkəran”ın və “Neftçi” ilə “Qəbələ”nin duellərini də izləmək imkanı olacaq.

17 sentyabr (şənbə)

16:00. "Qarabağ" - "Xəzər Lənkəran"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu (canlı, AzTV)

18 sentyabr (bazar)

17:00. "Rəvan" - "Sumqayıt Şəhər"
"Dalğa Arena" stadionu (canlı, "Space")

18:30. "Neftçi" - "Qəbələ"
Tofiq Bəhramov adına Respublika stadionu (canlı, "İdman Azərbaycan")

Mənbə: pfl.az