Buffon, Raul və Xavi qaçır, Eto’O qovur
15.09.2011 - 14:49
Buffon, Raul və Xavi qaçır, Eto’O qovur
Yaşı 29-dan az olmayan, futbolun inkişafında özünəməxsus pay sahibi olan və karyerasında nəzərəçarpacaq nailiyyətlər qazanan futbolçulara verilən “Qızıl ayaq” mükafatına maraq ildən-ilə artır. Apasport.az saytının məlumatına görə, oktyabrın 7-də başa çatacaq səsvermənin hələ tam olmayan nəticələri açıqlanıb.

Artıq 210 mindən çox azarkeşin qatıldığı sorğuya olan belə maraq əvvəlki illərlə müqayisədə xeyli artıb. Respondentlər isə hələlik italiyalı Canluici Buffon, ispaniyalılar Raul və Xaviyə daha çox səs verir. Mükafatın sahibinin bu “3-lük”dən birinin olacağını ehtimal etmək olar.

Lakin son günlər ərzində Rusiyada oynamaqla postsovet məkanında da pərəstişkarlarının sayını artıran Samuel Eto’O sürətlə səs yığmaya başlayıb. Kamerunlu kimi Devid Bekhem və Xavyer Zanetti də mükafat şanslarını hələlik saxlayır.

Qeyd edək ki, “Qızıl ayağ”ın mükafatlandırma mərasimi oktyabrın 10-da Monte Karloda keçiriləcək.