Gah Nəbiyev, gah da Petrov
15.09.2011 - 23:02
“Müdafiədə ciddi problemlərimiz var. Hər oyuna fərqli heyətlə çıxırıq”. Bu sözləri AZAL klubunun baş məşqçisi Elxan Abdullayev deyib.
Cari mövsümdə keçirdiyi 5 oyunun ikisində məğlub olan və bir o qədər qələbə qazanan paytaxt təmsilçisi bir görüşdə xalları yarı bölüb. Komandanın qeyri-sabit oyunu haqda danışan baş məşqçi bunun heyətdəki itkilərlə bağlı olduğunu bildirib: “Bir heyətlə iki ardıcıl oyuna çıxa bilmirik. Gah Aqil Nəbiyev zədələnir, gah Petrov meydana çıxmır. Oynadığımız komandalar da güclü rəqiblərdir. Onlar müdafiədəki səhvləri bağışlamırlar”.
Abdullayev ehtiyat oyunçuların yoxluğundan da şikayətləndi: “Onların əvəzləyən var ki? Əvəzedici komandadan oyunçu götürürük”.
Həftəsonu “İnter”lə keçiriləcək oyun haqda da danışan Abdullayev rəqibə hörmətlə yanaşdığını deyib: “İnter”i digər komandalardan seçmək istəmirəm. “Neftçi”yə necə hazırlaşmışdıqsa, bu oyuna da elə hazırlaşacağıq. “İnter” güclü komandadır, iki dəfə ölkə çempionu olub. Onlara hörmətlə yanaşmalıyıq. Məqsədimiz ancaq qələbə qazanmaqdır”.

0
0