Elşən Məmmədov: Belə danışmağıma baxmayın
15.09.2011 - 16:19
“Təəssüf ki, V turda səfərdə “Kəpəz”ə uduzduq. Halbuki, oyunu çox yüksək səviyyədə keçirdik və məğlub olmamalı idik”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin və AZAL-ın hücumçusu Elşən Məmmədov deyib.
31 yaşlı hücumçu növbəti turda keçmiş klubuna qarşı oynayacaq. Vaxtilə “İnter”in formasını geyinmiş forvard indi bu kluba qol vurmaq üçün çalışacaq.
Məmmədov bildirib ki, “İnter”ə qarşı var qüvvəsi ilə mübarizə aparacaq: “Biz bu oyuna digərləri ilə müqayisədə daha ciddi hazırlaşırıq. Çünki ötən turda uduzmuşuq və bunun əvəzini çıxmalıyıq. Oyun Şüvəlanda keçiriləcəyinə görə, bizim uduzmağa ümumiyyətlə haqqımız yoxdur. Belə danışmağıma baxmayın, mən keçmiş klubum “İnter”i adi bir rəqib kimi qəbul edirəm. Bizi bu görüşdə ancaq və ancaq qələbə razı sala bilər”.
Qeyd edək ki, 5 turdan sonra Elşən Məmmədovun aktivində 2 qol var. O, “Neftçi” ilə Şüvəlanda keçirilən qarşılaşmada dubl edib.

0
0