Vəli Qasımov: Messidə də qüsur tapmaq mümkündür
15.09.2011 - 18:06
Vəli Qasımov: Messidə də qüsur tapmaq mümkündür
“Rauf Əliyev milli komandanın son 2 oyununda yaxşı təsir bağışladı”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının məşqçisi Vəli Qasımov deyib.

19 yaşınadək futbolçulardan ibarət yığmamıza da rəhbərlik edən veteran hücumçu “Qarabağ”ın üzvündə çatışmayan cəhətlərin olduğunu bildirib: “Rauf millimizin Belçika və Qazaxıstanla oyunlarında çox gözəl təsir bağışladı. Bəlkə də, hücumçu az olduğu üçün Raufu fərqləndirirəm. Onun təcrübəsi az olsa da, sonacan mübarizə aparmağı, qol vurmağı bacarır. Amma çatışmayan cəhətləri var. O, yaxşı futbolçu olmaq üçün çox çalışmalıdır. Çatışmazlıq hamıda var. Axtarsan, Lionel Messidə də hansısa qüsur tapmaq mümkündür”.