Ölkə çempionu dekabrın 13-də müəyyənləşəcək
16.09.2011 - 09:12
Ölkə çempionu dekabrın 13-də müəyyənləşəcək
2005/06 mövsümündə İtaliya çempionu olan komandanın adı dekabrın 13-də təsdiqlənəcək. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) skudettonun 5 il əvvəlki qalibi ilə bağlı qərarı 3 aydan sonra verməlidir.

Məsələ ondadır ki, İtaliyada bir beçə il əvvəl üzə çıxan məşhur oyun alqı-satqısı qalmaqalı zamanı futbol federasiyası çempion titulunu “Yuventus”un əlindən almışdı. Qurumun qərarı ilə heç nədən çempion adına qovuşan “İnter”in sevinci isə deyəsən. uzun sürməyəcək.

Belə ki, “Yuventus” CAS və UEFA-ya müraciət edərək həmin mövsümdə “İnter”in də alqı-satqıda iştirak etdiyi haqda faktlar təqdim edib. Arbitraj məhkəməsinin 3 aya məsələni araşdırıb qərar verdiyini nəzərə alsaq artıq dekabrda skudettonun taleyinə aydınlıq gələcək.