Afrikalı legioner itkin düşdü
16.09.2011 - 09:54
“Fiorentina”nın yarımmüdafiəçixi Savio Nsereko itkin düşüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçu barəsində axtarış elan edilib.
B seriyasının “Yuve Stabia” klubunda icarə əsasında çıxış edən Nserekodan artıq 9 gündür səs-səmir yoxdur. Əslən uqandalı olan almaniyalı futbolçu isə birinci dəfə deyil ki, itkin düşür. O 2010-cu ildə “Münhen-1860”da çıxış edən zaman da bir neçə həftə yoxa çıxıb. O vaxt Savio bunu Uqandada qardaşının dəfn mərasimində iştirak etməklə əlaqələndirib.
Qeyd edək ki, uqandalı futbolçu əsasən “Breşiya”dakı çıxışı ilə məşhurlaşıb.

0
0