Məğlubedilməzlərin Bakı yürüşü
16.09.2011 - 10:12
Sabah Azərbaycan Premyer Liqasında növbəti tura start veriləcək. Apasport.az saytının məlumatına görə, VI turun 3 oyunu sentyabrın 17-də, 3-ü isə ertəsi gün keçiriləcək. Böyük maraq doğuran 2 mərkəzi qarşılaşmanın da hərəsi 1 gündə baş tutacaq.
Cari mövsüm məğlubiyyət acısı dadmayan 2 komandanın hər ikisi bu tur səfərdə, özü də Bakıda oynayacaq. Bu 2 əyalət təmsilçisindən biri - “Xəzər Lənkəran” mövsümdə ilk dəfə Suraxanı stadionuna çıxacaq “Qarabağ”ın qonağı olacaq.
Turdan sonra yenə zirvədə qalmaq üçün qonaqlar 1 xal qazanmağa borcludurlar. Ehtiyatda 1 oyunu qalan ağdamlılar isə xal itirməməklə liderə daha da yaxınlaşmaq niyyətindədir.
Bu tur zirvəni ələ keçirmək şansı olan yeganə komanda “Qəbələ”dir. Lakin mövsümün 2 məğlubedilməzindən birini çətin səfər sınağı gözləyir. Toni Adamsın yetirmələri ardıcıl 2 oyundur xal nə olduğunu bilməyən “Neftçi”ni məğlub etməlidirlər.
Böyükağa Hacıyevin yetirmələri isə 2 oyunluq məğlubiyyət seriyasını biabırçı həddə çatdırmamağa çalışacaq. “Neftçi” azarkeşləri qarşısında qələbə qazanmağa borcludur ki, yenilgiləri unutdura bilsin.
Bu 2 matçın kölgəsində qalmasına baxmayaraq AZAL və “İnter” arasında paytaxt derbisi də səbirsizliklə gözlənilir. O qədər də ürəkaçan durumda olmayan “Bakı” isə tarixinin ilk titulunu qazandığı sabiq baş məşqçisinin yetirmələri ilə görüşəcək. Əsgər Abdullayevin çalışdırdığı “Turan” qonaqları büdrətməklə öz vəziyyətini yaxşılaşdıra bilər.
3 aşkar autsayderdən biri – “Simurq” son turların qəhrəmanı “Kəpəz”i qəbul edir. Zaqatalalılar xal itkisi ilə mövqeyini daha da ağırlaşdıra bilr. Buna səbəb digər 2 autsayderin öz aralarında görüşməsidir.
17 sentyabr (şənbə)
16:00. "Qarabağ" - "Xəzər Lənkəran"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
18:00. "Simurq" - "Kəpəz"
Zaqatala şəhər stadionu
19:00. AZAL - "İnter"
"AZAL" stadionu
18 sentyabr (bazar)
16:00. "Turan" - "Bakı"
Tovuz şəhər stadionu
17:00. "Rəvan" - "Sumqayıt Şəhər"
"Dalğa Arena" stadionu
18:30. "Neftçi" - "Qəbələ"
Tofiq Bəhramov adına Respublika stadionu
Bombardir: Sergey Artyux (Turan) - 4

1 | Xəzər Lənkəran | 5 | 4 | 1 | 0 | 10-3 | 13 |
|---|---|---|---|---|---|---|---|
2 | Qəbələ | 5 | 3 | 2 | 0 | 6-3 | 11 |
3 | Kəpəz | 5 | 3 | 0 | 2 | 11-8 | 9 |
4 | İnter | 5 | 3 | 0 | 2 | 4-4 | 9 |
5 | Bakı | 5 | 2 | 2 | 1 | 6-5 | 8 |
6 | Qarabağ | 4 | 2 | 1 | 1 | 3-2 | 7 |
7 | AZAL | 5 | 2 | 1 | 2 | 8-8 | 7 |
8 | Neftçi | 4 | 2 | 0 | 2 | 6-4 | 6 |
9 | Turan | 5 | 2 | 0 | 3 | 6-7 | 6 |
10 | Rəvan | 5 | 0 | 2 | 3 | 6-9 | 2 |
11 | Simurq | 5 | 0 | 2 | 3 | 1-6 | 2 |
12 | Sumqayıt Şəhər | 5 | 0 | 1 | 4 | 2-10 | 1 |
Bombardir: Sergey Artyux (Turan) - 4
0
0