“Qəbələ”dən “Lokomotiv”ə
16.09.2011 - 12:00
“Qəbələ” klubunun sabiq futbolçusu Con Kollins özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, bu ilin ilk yarısında Premyer Liqa təmsilçisində keçirən 26 yaşlı hücumçu karyerasını Bolqarıstanda davam etdirəcək. Liberiya əsilli hollandiyalı Sofiyanın “Lokomotiv” klubuna keçib. O, zədəli Bazil Karvalyonu əvəz etməlidir.
Qeyd edək ki, vaxtilə “Tvente” (Hollandiya), “Fulhem” (İngiltərə) kimi klublarda oynamış Kollins Hollandiyanın əsas millisində olduğu kimi, “Qəbələ”də də 2 oyun keçirib.
Qeyd edək ki, vaxtilə “Tvente” (Hollandiya), “Fulhem” (İngiltərə) kimi klublarda oynamış Kollins Hollandiyanın əsas millisində olduğu kimi, “Qəbələ”də də 2 oyun keçirib.
0
0