“Xəzər Lənkəran” və “Qəbələ”nin liderliyinin sirri
16.09.2011 - 12:47
Azərbaycan Premyer Liqasının ilk 5 turundan sonra turnir cədvəlinin ön pilləsində qərarlaşan “Xəzər Lənkəran”la “Qəbələ”nin sirri açılıb. Apasport.az saytı məğlubedilməz bu 2 komandanın gücünün nədən ibarət olduğunu müəyyənləşdirib.
Belə ki, liderlər 5 matçda ən oturuşmuş heyətə malik komandalardır. Bütün oyunları keçirən 8 komanda arasında ən çox əvəzolunmaz futbolçu bu klublardadır. “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik meydanda gördüyü 11 oyunçudan yalnız 5-i, yəni yarıdan azı ilə bağlı şübhə edir. Digər 6 mövqe isə 5 matçın 450 dəqiqəsi boyu dəyişməz qalıb. “Qəbələ”də isə 5 futbolçu daim meydanda olur. Ümumilikdə, 28 futbolçu 5 tur əvəzolunmadan oynayıb.
5 oyun əvəzolunmazlar
6 – “Xəzər Lənkəran”
5 – “Qəbələ”
4 – “Rəvan”
3 – AZAL, “Simurq”, “Sumqayıt Şəhər”, “Turan”
1 –“Kəpəz”
“Qarabağ”la “Neftçi” arasında 1 oyunun qalması, “Bakı” ilə “İnter”in isə öz aralarındakı qarşılaşmanı başa çatdırmamağı (belə olan matçlarda fərdi göstəricilərdən yalnız vərəqələr saxlanılır) üzündən bu 4 komandanın üzvləri ən yaxşı halda 360 dəqiqə oynamaq imkanı qazanıb. 15 belə futbolçu var ki, komandası üçün əvəzolunmaz olsa da, cəmi 4 dəfə meydana çıxıb.
6 belə oyunçuya malik “Qarabağ” sabit heyətə görə “Xəzər Lənkəran”la da müqayisə oluna bilər. Lakin 1 oyun az keçirən komandanın baş məşqçisi Qurban Qurbanovun həmin 1 görüşdə nəyisə dəyişməsi mümkün sayılır.
4 oyun əvəzolunmazlar
6 – “Qarabağ”
4 – “Neftçi”
3 – “İnter”
2 – “Bakı”

0
0