Vaqif Cavadovdan şad xəbər
16.09.2011 - 13:28
Azərbaycan yığmasının və Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadovdan şad xəbər gəlib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçunun zədəsi tam sağalıb.
O, Azərbaycan millisinin seçmə mərhələsinin görüşlərindən sonra “Volqa”nın düşərgəsinə zədəli qayıdıb. Məhz bu səbəbdən Vaqif ötən turda keçirilən “Anji” – “Volqa” oyununda iştirak etməyib.
Həmyerlimiz zədəsini tam sağaldıb və komanda ilə birgə hazırlığa başlayıb. Onun sentyabrın 17-də keçiriləcək “Volqa”-“Spartak” (Nalçik) oyununda iştirakı üçün heç bir problem qalmayıb.
Qeyd edək ki, Vaqif Cavadovun komandası hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

0
0