“Neftçi”dən heç nə gözləmirəm”
16.09.2011 - 13:57
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu Zaur Ramazanov apasport.az saytına müsahibə verib. Uzun müddətdən sonra ilk dəfə mətbuata danışan Ramazanov maraqlı məqamlara toxunub.
- Premyer Liqanın VI turu çərçivəsində sabah 2 sabiq komandanız – “Qarabağ” və “Xəzər Lənkəran” növbəti dəfə üz-üzə gələcək. Bu görüş barədə nə deyə bilərsiniz?
- Əvvəlcə onu deyim ki, hər 2 komandaya böyük hörmətim var. İnanıram ki, adlarına layiq çıxış edəcəklər. Aralarında fərq qoymaq istəmirəm. Arzulayıram ki, sonda bu komandalardan biri kuboku, digəri isə çempionluğu qazansın.
- 21-ci duel öncəsi hansı komandanın şansı çoxdur?
- Şansları bərabər dəyərləndirmək olar. “Xəzər Lənkəran” cari mövsümdə daha uğurlu çıxış etsə də, “Qarabağ”ın potensialı kifayət qədərdir. Məncə, oyunun aşkar favoriti yoxdur. Şanslar 50-nin 50-yədir. Əsas odur ki, azarkeşlər hər iki komandanı çox sevirlər.
- Sizcə, hər iki komandanda qol duyumu daha yaxşı olan futbolçu kimdir?
- Oyunun sabah keçiriləcəyini bilsəm də, heç maraqlanmıram ki, hücum xəttində kimlər oynayır. Heç maraqlanmaq fikrim də yoxdur. Çünki futbolla birdəfəlik qurtarmışam. Amma faktdır ki, meydançaya çıxan hər bir futbolçunun qol vurmaq ehtimalı və şansı var.
- Çempionatda hansı komandanı medallara iddialı hesab edirsiniz?
- Artıq 5 tur arxada qalıb. Buna nəzərən, “Qarabağ”, “Qəbələ” və “Xəzər Lənkəran”ın normal futbol oynadığını deyə bilərəm. Əla yox, normal təsir bağışlayan bu üç komanda sonda Azərbaycan çempionatının medallarını qazana bilərlər. Digər komandalardan nəsə gözləmirəm.
- Futboldan getdikdən sonra hansı işlərlə məşğulsunuz?
- Şəxsi bizneslə. Şükür Allaha, işlərim əla gedir.
- Biznesi futbol oynadığınız zaman qurmuşdunuz, yoxsa bütün işləri karyeranızı bitirdikdən sonra həyata keçirdiniz?
- Oynadığım zaman da belə bir işlərim vardı. Amma futbolu atdıqdan sonra vaxtım daha çox oldu və bu işlərlə daha yaxından maraqlanmağa vaxt tapdım. İndi şəxsi biznesimi daha da genişləndirməyə səy göstərirəm.
- Siz futboldan getsəniz də, qardaşınız Ağabala Ramazanov hazırda “Neftçi” klubunda oynayır. Onun yaxşı futbolçu olacağına inanırsınız?
- Mən həmişə demişəm ki, onunla ciddi maraqlanmıram. Bilirəm ki, qanında var. Yaxşı və ya ortabab futbolçu olacağını zaman göstərəcək.
- Ağabala “Neftçi”nin əsas heyətində debüt etsə də, sonradan oynamadı. Sizcə, bu nə ilə bağlıdır?
- Ağabala kifayət qədər zəif komanda ilə və “Neftçi” hesabda öndə olarkən meydanya çıxmışdı. Bu, Ağanın təcrübə toplaması üçün atılan addım idi. Amma sonradan güclü komandalarla oyunları oldu və Ağa ehtiyatda qaldı. Bilirsiniz, Azərbaycanda 21 yaşı olan futbolçu üçün deyirlər ki, vaxtı gələndə oynayacaq. Daha demirlər ki, futbolçu var 21 yaşında Çempionlar Liqasını qazanır. Belə gənc futbolçulara hər oyunda şans vermək lazımdır. Birində ötürmə verər, digərində qol vurar və birdə görərsən ki, artıq əsas heyətin üzvüdür. Amma bizim məşqçilər riskə getməyə, futbolçuya şans verməkdən ehtiyatlanırlar.
- Vaxtilə demişdiniz ki, Ağabalanın xaricdə oynaması üçün çalışıram. Bu yöndə hansı irəliləyişlər var?
- “Neftçi” ağır komandadır. Yəni, bu komanda hər il bir titul qazanmalıdır. Belə olan halda, komanda istər-istəməz təcrübəli futbolçulara güvənməlidir. Ağabala hələ “Neftçi”nin üzvüdür və hadisələrin necə inkişaf edəcəyini zaman göstərəcək.
- Nə vaxtsa futbola dönmək fikriniz var?
- Mən futbolla qurtarmışam. Nə vaxtsa qayıtmaq fikrim də yoxdur. Heç Premyer Liqanın oyunlarına da baxmıram. Bizim komandalar sürətli futbol oynamırlar, sanki yeriyirlər. Belə çempionata necə baxasan?
- Yəni, Azərbaycan futbolunda inkişaf görmürsünüz?
- Ancaq fərdi inkişaf var. Bəzi komandaları fərqləndirə bilərəm. Ümumilikdə, bizim futbol sürətlə irəli getmir. Bizim futbol hələ də sovet maşınlarında gəzir.
- Yəqin ki, Azərbaycan millisinin son oyunlarını izlədiniz. Belçika və Qazaxıstan üzərində qazanılan dörd xal gələcəyə ümidlə baxmağa imkan verirmi?
- Əgər bu cür şəraitdən sonra Qazaxıstan ciddi rəqib kimi qəbul olunur və onun üzərində qazanılan qələbə göstərici kimi qələmə verilirsə, daha mənim sözüm yoxdur. Azərbaycan futbolu qazaxları həmişə üstələyib. Bu qələbə şişirdilməməlidir. Əksinə təsadüfi qələbələrdən yaxa qurtarmaq lazımdır. Bununla uzağa getmək olmaz. Mənim fikrimcə, Azərbaycanda yaxşı futbolçular yetişir. Həmin oyunçuları düzgün istiqamətləndirmək lazımdır.
- Bu oyunlardan sonra milli komandanın baş məşqçisi Berti Foqts haqqında ikili fikir formalaşıb. Siz “getsin”, yoxsa “qalsın” deyənlərdənsiniz?
- Hələ də bunu fikirləşirlər? Foqtsu Azərbaycan millisindən birdəfəlik uzaqlaşdırmaq lazımdır.

0
0