Bəxtiyar Soltanov: Bu haqda düşünənlər yanılırlar
16.09.2011 - 14:30
“Bizə rəqibin nəticələri maraqlı deyil. Qələbə qazanmaq üçün mübarizə aparacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın hücumçusu Bəxtiyar Soltanov deyib.
Sabah Premyer Liqanın VI turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq “Qarabağ” son iki turdakı uğursuzluğu unutdurmaq niyyətindədir.
Qarşıdakı 2 ev oyununu Quzanlıda deyil, Suraxanı qəsəbə stadionunda keçirəcək Ağdam təmsilçisi maksimim xal qazanmaqla, çempionluq iddiasını davam etdirmək istəyir: “Rəqibin cari mövsümdə az top buraxması bizi qorxutmur. Əsas odur ki, “Qarabağ”ın oyunu alınsın. Onda onların müdafiə xəttini yarmaq da çətin olmayacaq”.
Son matçlarda itirilən xallara gəldikdə, Soltanov komandada hansısa enişin yaşandığını güman edənlərin yanıldığını vurğulayıb. Futbolçu bu cür halların istənilən klubun başına gələ biləcəyini bildirib: “Komandada eniş yoxdur. Bu haqda düşünənlər yanılırlar. “Xəzər Lənkəran”ı yenib, uğurlu oyunlar seriyasına start verəcəyik”.

0
0