“Sumqayıt Şəhər”də zədə epidemiyası
16.09.2011 - 15:28
Premyer Liqanın debütantı “Sumqayıt Şəhər” VI tur ərəfəsində ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, sentyabrın 18-də “Rəvan”ın qonağı olacaq komanda 5 futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Belə ki, müdafiəçilər Samir Abasov, Hacı Əhmədov, yarımmüdafiəçilər Aqil Məmmədov və Aleksandr Qross, həmçinin hücumçu Ruslan Qurbanov zədə səbəbindən Bakı təmsilçisi ilə oyunu buraxmaq məcburiyyətində qalacaqlar. Digər hücumçu Eldar Məmmədovun da “Rəvan”a qarşı oyunda meydana çıxması sual altındadır.
Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq “Rəvan” - “Sumqayıt Şəhər” görüşü saat 17:00-da başlayacaq.

0
0