Çempionatımızın əhmədləri
16.09.2011 - 15:48
Çempionatımızın əhmədləri
Bütün Avropada olduğu kimi, Azərbaycanda da “transfer pəncərəsi” artıq bağlanıb. Düzdür, bu, hələ avqustun 31-də baş versə də, mübarizəyə gec qoşulan I divizion klubları, həmçinin daim aşağı yaş qruplarından futbolçu götürən əvəzedici komandalar sentyabrın arxada qalan hissəsində də heyətinə əlavə qüvvə qatıb.

Lakin indi – Premyer Liqa və əvəzedicilərin yarışında VI, aşağı dəstədə II tur ərəfəsində komandaların komplektləşdiyini düşünmək olar. Bu isə o deməkdir ki, adıçəkilən 3 yarışa qatılan 39 komandanın iştirak ərizəsini nəzərdən keçirməyə dəyər. Ancaq istisna deyil ki, qarşıdakı günlərdə də həmin siyahılara düzəlişlər və əlavələr edilsin.

Buna baxmayaraq, sifariş vərəqələrindəki ən maraqlı məqamlar göz oxşayır. Burda artıq bir neçə yerdə sifariş olunan, klubunu dəyişənlər də var, başqa cür fərqlənənlər də. Lakin ən çox diqqəti cəlb edəni Azərbaycan kinosunun incilərindən olan “Əhməd haradadır” filmini yada salır.

Həmin filmdə oğullarını axtaran valideynlərin arzusunu gerçəkləşdirmək məqsədilə Zülümovun məşhur “Tikinti sahəsində nə qədər Əhməd Əliyev var hamısını yığışdırıb göndərin yanıma” sitatı Azərbaycan Premyer Liqasına da uyğun gəlir.

Filmdəki Əhməd Əliyev personajı kimi, eyni ad-soyada malik cütlər, hətta üçlüklər var. Amma sözsüz ki, çempionatımızın “Əhmədlər”i Ruslan Hüseynovlardır. Cari mövsüm PFL-in bayrağı altındakı yarışlarda 4 Ruslan Hüseynov var:

Ruslan Hüseynov
1987
hücumçu
Karvan
Ruslan Hüseynov
28.02.1984
yarımmüdafiəçi
Şəmkir
Ruslan Hüseynov
23.03.1988
müdafiəçi
Həkəri
Ruslan Hüseynov
20.07.1989
yarımmüdafiəçi
Xəzər Lənkəran


Azər Məmmədovları, Elnur Hüseynovları, Emin Əliyevləri, Samir Quliyevləri də səhv salmaq təhlükəsi var. Lakin yaxşı ki, onlar müxtəlif klublarda çıxış edirlər. Elə təvəllüdlərində də fərqlər var. Amma ayrı-ayrı klublarda oynayan Samir Quliyevlərin eyni ayda, eyni gündə və eyni saatda anadan olması hər şeyi qarışdıra bilər.

Hər halda, bu 4 ad-soyadın hər birini daşıyanların sayı 3-dür ki, bu da diqqətli olmağı tələb edir.

Azər Məmmədov
07.02.1976
müdafiəçi
Kəpəz
Azər Məmmədov
18.06.1990
hücumçu
Turan
Azər Məmmədov
07.04.1992
yarımmüdafiəçi
Neftçi


Elnur Hüseynov
21.12.1987
müdafiəçi
MOİK
Elnur Hüseynov
10.09.1986
Bakılı
Elnur Hüseynov
01.04.1988
müdafiəçi
AZAL


Emin Əliyev
09.10.1990
yarımmüdafiəçi
Kəpəz
Emin Əliyev
15.03.1993
müdafiəçi
Qarabağ
Emin Əliyev
09.03.1989
müdafiəçi
Xəzər Lənkəran


Hazırda futbolumuzda cüt ad-soyad var ki, onların hər birindən 2 nəfərdir. Lakin daha çox diqqəti cəlb edən Orxan Həsənovlardır. Çünki onların hər ikisi eyni klubda – “Sumqayıt Şəhər”də çıxış edir. Yaşlarındakı fərq onların əsas və əvəzedici komandada olmasında da əksini tapıb.

Orxan Həsənov
18.12.1991
hücumçu
Sumqayıt Şəhər
Orxan Həsənov
03.06.1993
yarımmüdafiəçi
Sumqayıt Şəhər


Aqil Məmmədov, Aslan Hüseynov, Fərid Quliyev, Fuad Əliyev, Kamil Hüseynov, Kənan Hacıyev, Nicat Əliyev, Nicat Məmmədov, Nurlan Əhmədov, Ramil Əliyev, Ramil Nuriyev, Rəşad Hüseynov, Rəşad Məmmədov, Samir Əliyev, Tural Hacıyev, Tural Rzayev, Yusif Məmmədov, Nicat Əsgərov, Elnur Babayev və Vasif Əliyev ad-soyadını daşıyanlar da Orxan kimi 2-dir. Lakin onlar müxtəlif klublarda çıxış edirlər.