Azərbaycanda nə qədər futbolçu var?
16.09.2011 - 16:32
Azərbaycan çempionatında 982 futbolçu var. Apasport.az saytının məlumatına görə, cari mövsümdə Premyer Liqa, I divizion klubları və əvəzedici heyətlərdə ümumilikdə 1000-dən az futbolçu sifariş olunub.
Bu da liqaların və komandaların azlığı ilə bağlıdır. Hər birində 12 komanda olan Premyer Liqa və əvəzedicilərin turniri və 15 iştirakçısı I divizion – bu 3 yarışda 39 komanda mübarizə aparır. Futbolçu azlığı da komandaların sayının bu qədər olması ilə izah olunur.
Premyer Liqanın 12 klubunun heyətində 303 oyunçu yer alıb. Bu klubların əvəzedici heyətlərində isə bir qədər az 297 futbolçunun adına rast gəlmək olar. Aşağı dəstənin 15 klubunun isə birlikdə 382 üzvü var.

0
0