“Neftçi” üçün siqnal
16.09.2011 - 16:21
“Neftçi” üçün siqnal
“Vacib oyun öncəsi futbolçuların əhval-ruhiyyəsi yüksəkdir “Neftçi” ilə oyuna ciddi hazırlaşırıq. Ardıcıl iki oyun məğlub olan “ağ-qaralar”ın bizə qarşı tam gücü ilə mübarizə aparacaq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ” komandasının rəisi Ramiz Kərimov deyib.

O bildirib ki, sentyabrın 18-də “Neftçi”nin qonağı olacaq “Qəbələ” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çalışacaq: “Neftçi” ilə səfər oyununun çətin keçəcəyini düşünürəm. Bu oyunda qırmızı vərəqə cəzalısı kapitan Mahir Şükürov və zədəli olan yarımmüdafiəçi Rövşən Əmiraslanovun xidmətindən yararlana bilməyəcəyik. Buna baxmayaraq, hər oyunda olduğu kimi “Neftçi” ilə qarşılaşmaya da yalnız qələbə qazanmaq üçün çıxacağıq”.

Qeyd edək ki, Premyer Liqada hələ uduzmayan 2 klubdan biri məhz “Qəbələ”dir.

Mənbə: pfl.az