“Turan” evdə daha döyüşkən təsir bağışlayır”
16.09.2011 - 16:41
“Turan” evdə daha döyüşkən təsir bağışlayır”
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın VI turunun “Turan”la qarşıdan gələn oyunu öncəsi fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, latviyalı mütəxəssis klub televiziyasına açıqlamasında bildirib ki, hazırda Azərbaycan çempionatında zəif komanda yoxdu: “Turan” çox güclü komandadı. Bunu qəbul edib, başa düşmək çox vacibdi. Biz də bunu başa düşürük, bilirik və indidən futbolçularımızı buna hazırlayırıq. “Turan” xüsisilə evdə daha döyüşkən təsir bağışlayır. Futbolçularımızın bu oyuna yaxşı köklənməsi lazımdı. Əks halda, biz nəticə, qələbə qazana bilməyəcəyik”.