“Simurq” ilk qələbəyə köklənib
16.09.2011 - 16:47
“Simurq” ilk qələbəyə köklənib
Premyer Liqanın VI turunda öz meydanında “Kəpəz”lə qarşılaşacaq “Simurq” oyuna hazırlıqları davam etdirir. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin heyətində zədəli futbolçu yoxdur.

PFL-in rəsmi internet saytına açıqlama verən “Simurq”un icraçı direktoru Vaqif Əliyev bildirib ki, futbolçularda oyun qabağı yaxşı əhval-ruhiyyə var: “Doğma azarkeşlər önündə “Kəpəz”i məğlub etməyə çalışacağıq. “Kəpəz” ardıcıl 2 turdur qələbələr qazanıb və komanda sabit oyun nümayiş etdirir. Son oyunlarda məğlub olsaq da, bu dəfə qələbə qazanmaq üçün mübarizə aparacağıq”.