Kapitan “Turan”la “Neftçi” arasında fərq görmür
20.09.2011 - 23:02
“Ardıcıl 2 oyunda qələbə qazanmaq bizi ümidləndirib. Hər 2 zəfərdə iştirak etdiyimə görə, çox şadam. “Turan”a heç kim zəif rəqib kimi baxmasın. Bu komanda çox güclüdür və taktiki cəhətdən yaxşı təsir bağışlayır. Fikrimcə, hələ çempionatda bundan da yaxşı oyun nümayiş etdirəcəklər. Əlbəttə, bizi ilk növbədə öz oyunumuz maraqlandırır. Həmin qələbələr bizi relsə salıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun kapitanı Cəmşid Məhərrəmov deyib.
Yarımmüdafiəçi bildirib ki, çempionluğu hədəfləyən komandası hər bir rəqibinə eyni gözlə baxır: “Biz ötən turda məğlub etdiyimiz “Turan”la, növbəti turda qarşılaşacağımız “Neftçi” klubuna eyni gözlə baxırıq. Biz çempionluğu hədəfləmişik və bütün rəqiblər üzərində qələbəyə görə üç xal verildiyindən hamı bizim üçün eynidir. “Neftçi” çox təhlükəli komandadır. Onlara hörmətimiz var. Çalışacağıq ki, sonuncu çempion üzərində qələbə qazanaq”.
Qeyd edək ki, “Turan” üzərində qələbə qazanan “Bakı” “Qəbələ”nin uduzmasından istifadə edərək turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib. 11 xala malik “zolaqlılar” lider “Xəzər Lənkəran”dan 5 xal az toplayıblar.

0
0