Sadıq Sadıqov hər şeydən danışdı
20.09.2011 - 23:08
Dünyanın ən məşhur televiziya futbol proqramı "Football Mundial"ın çəkiliş qrupu "Neftçi" klubunun bazasında olub. Apasport.az saytının xəbərinə görə, ali futbol qurumu FİFA-nın rəsmi verilişi sayılan "Football Mundial"ın əməkdaşları ölkəmizin ən köklü komandasına böyük maraq göstərib.
Komandanın prezidenti Sadıq Sadıqov verilişin nümayəndələri - baş direktor Riçard Milvey və operator Oliver Tomasla görüşüb. O, dünyanın 100-dən çox ölkəsində yayımlanan veriliş üçün müsahibə verib.
Sadıqov dövlət səviyyəsində idmana göstərilən qayğıdan söhbət açıb, ölkə başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin beynəlxalq olimpiya hərəkatının inkişafındakı xidmətlərinin Beynəlxalq Olimpiya Komitəsinin və ümumdünya idman təşkilatlarının rəhbərləri tərəfindən dəfələrlə yüksək qiymətləndirildiyini xarici qonaqların diqqətinə çatdırıb.
Prezident İlham Əliyevin idmanın bütün növləri ilə yanaşı, futbola da xüsusi diqqət və qayğı göstərdiyini qeyd edib. İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi tərəfindən layiqincə yerinə yetirildiyini nəzərə çatdırıb.
Sadıqov müsahibəsində, həmçinin "Neftçi"nin Azərbaycanın ən köklü klubu olduğundan da söhbət açaraq, belə bir kluba rəhbərlik etməyin böyük şərəf olduğunu söyləyib. Klub rəhbəri komandanın qarşısına qoyulan əsas məqsədlərdən birinin UEFA Çempionlar Liqası və Avropa Liqası kimi mötəbər yarışların qrup mərhələsində oynamaq olduğunu deyib, həmçinin Azərbaycan futbolu haqda məlumatlar verib.

0
0