Avropa çempionu Bakıya itkilərlə gəlir
21.09.2011 - 09:14
17 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan İspaniya milli komandası yarışa hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək seçmə turnirində çıxış edəcək pireneylilər yenə iddialıdır.
Son 2 ildə Avropanın ən yaxşısı olan İspaniya millisi Azərbaycan, Ukrayna, Bosniya və Herseqovina yığmaları ilə görüşlərə çempion heyəti ilə qatılacaq. Belə ki, 2011-ci ildə qitə çempionu olan komandadan cəmi 5 futbolçu U-17 karyerasını davam etdirərək bu yaş qrupunda qalıb. Digər çempionlar isə Bakıya gəlməyəcək. Baş məşqçi Xorxe Vilda Ane Zuazola Oçoa, Maitane Lopes, Seliya Himenes, Nuriya Mendosa və Alba Pomaresin xidmətindən yenə yararlana biləcək.
Qeyd edək ki, Alba Avro-2011-in ən yaxşı futbolçusu seçilmişdi.

- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
0
0