Qurban Qurbanov: Allah sonrasından qorusun – MÜSAHİBƏ
21.09.2011 - 15:45
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun apasport.az saytına müsahibəsi
- Komandanızın kifayət qədər ciddi problemi var. Son 3 oyunda qələbə qazana bilməyən komandanı bu vəziyyətdən çıxarmağın yollarını bilirsinizmi?
- Bu cür nəticələri müzakirə edib, qərarlar çıxarmışam. Futbolçular çox yorğundurlar. Bu, milliyə yollanan futbolçularda normal hal kimi qəbul olunur. Amma komandanın potensialına bələdəm. Bilirəm ki, bundan da çətin vəziyyətlərdən çıxmağı bacaran komanda bu səddi də uğurla adlayacaq.
- “Qarabağ” əvvəllər də bir neçə dəfə belə halla üzləşib. Artıq bunun sizin üçün normal hala çevrildiyini söyləmək olarmı?
- Almaniyanın “Borrusiya” klubunun düşərgəsində olanda, bu komandanın baş məşqçisi Yürgen Kloop mənə dedi ki, bizim nə qədər geniş imkanlarımız olsa belə, milliyə çox futbolçu göndərəndə problemlərlə üzləşirik Yəni, bu problemlər Almaniya kimi güclü futbol ölkəsinin klubları üçün də keçərlidir. Bunu normal hal hesab edirəm. Futbolçunun tez bir zamanda müxtəlif taktikaya uyğunlaşması bir az çətin məsələdir.
- Sizcə, “Qarabağ”ın ən böyük problemi milli komandaya çox sayda futbolçu verməsidirmi?
- “Qarabağ” hər zaman yerli futbolçulara üstünlük verib. İşimizin əsas meyarlarından biri milli komanda üçün çalışmaqdır. Biz hələ mövsümə hazırlaşarkən problem yaşadıq. Yaxşı hazırlıq keçmədik, çempionatı hiss eləmədik. Fikrimcə, meydançaların normal səviyyədə olmamağı da işimizə əngəl törədir. Amma bütün bunla heç nəyi sığortalamır. Əsas məsələ sistemi dəyişməməkdir. Biz tutduğumuz yolla daha mətin addımlarla irəliləməliyik.
- “Qarabağ” öz oyun üslubu ilə seçilən tək-tük komandalarımızdandır. Bəlkə, rəqibin futbolçuları və məşqçiləri oyununuzu artıq çox sərbəst şəkildə “oxuyurlar”...
- Belə deməzdim. Rəqib bizim oyunumuzu oxumur, sadəcə, bizi 100 faiz analiz edib, araşdırır. Əks düşərgələrdə baş verən hadisələr bizi maraqlandırmır. Əsas məsələ öz üzərimizdə daha səylə çalışmaq və həvəsdən düşməməkdir.
- “Xəzər Lənkəran”la matçda zədələnən Rauf Əliyevin uzun müddət oynamayacağı dəqiqdir. Onun yoxluğunda “Qarabağ” və Azərbaycan millisi çox şey itirəcəkmi?
- Rauf çox pis vaxtda zədələndi. Onun yoxluğu həm milli komanda üçün, həm də “Qarabağ” üçün itkidir. Rauf təzə-təzə yaxşı formaya düşürdü. Həm daxili çempionatı, həm də beynəlxalq oyunları hiss etməyə başlayırdı. Ona görə çox təəssüflənirəm.
- Elnur Allahverdiyevin həmin oyunda çox sərt oynamasına necə şərh verərdiniz?
- Onu çoxdan tanıyıram, sərt futbola üstünlük verənlərdən biridir. Elnur oyunun əvvəlində Əfran İsmayılova qarşı da kobudluq etmək istədi. Amma alınmadı. Raufa qarşı kobudluq etdi və hər şey bildiyiniz kimi nəticələndi.
- Həmin görüşdən sonra Elnurla danışmısınızmı?
- Yox, danışmamışam. Bunu heç vacib də saymıram. Elnuru hamı tanıyır. Əvvəl topla kobud oynayırdı. Sonra ayağa oynamağa başladı. Allah sonrasından qorusun. Onu yola vermək lazımdır.
- Elnur Allahverdiyev vaxtilə “Qarabağ”da oynasa da, klubdan problemlə ayrılıb. Bəlkə “Qarabağ”a qarşı kini var?
- Yox, buna inanmıram. Elnurun oyunu budur.
- 3 il bundan qabaq olduğu kimi, sizi yenə Suraxanı qəsəbəsində istefaya çağırdılar. Bu, sizə necə təsir göstərir?
- Belə şeylərə fikir vermirəm. Məqsədli adam istefa qışqıranda bizim fanatlar “Qarabağ”-“Qarabağ” səslənib dəstəklərini əsirgəmədilər. Belə şeylər məni işləməyə daha da həvəsləndirir. İnanıram ki, “Qarabağ” sərgilədiyi futbolla onların növbəti dəfə cavabını verəcək. Məni fəaliyyətimin ilk dövrlərində də bir dəfə istefaya çağırmışdılar. Düzü, həmin vaxt bunu normal qəbul eləmişdim. Bu dəfəki çağırışın məqsədi mənim üçün qaranlıq qaldı.
- “Qarabağ”ın növbəti turlarda uğurlu nəticələr qazanması üçün nələr edirsiniz?
- “Qarabağ” çox vaxt çətin bir şəraitdə futbol oynayıb. İnanıram ki, biz qısa zamanda gözlənilən nəticəni qazanıb, məqsədə doğru irəliləyəcəyik.

0
0