“Rəvan"ın qapıçısını vətəninə çağırdılar
21.09.2011 - 15:31
“Rəvan"ın qapıçısını vətəninə çağırdılar
Futbol üzrə Estoniya millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Baltikyanı ölkə təmsilçisi oktyabrda keçirəcəyi qarşılaşmalarda güvənəcəyi oyunçuların siyahısını müəyyənləşdirib.

Avro-2012-nin seçmə mərhələsinin oktyabrın 7-də Şimali İrlandiya ilə Belfastdakı qarşılaşmasında qüvvəsini sınayacaq estonlar 4 gün sonra Ukrayna ilə yoldaşlıq matçında meydana çıxacaq. 1 səfər, 1 ev matçına çıxacaq yığmada Azərbaycan Premyer Liqası da təmsil olunub. Belə ki, “Rəvan” klubunun qapıçısı Artur Kotenko yenə yığmaya çağırılanlar arasındadır.