Elxan Məmmədov mükafatlandırmada iştirak edib
21.09.2011 - 16:26
Elxan Məmmədov mükafatlandırmada iştirak edib
UEFA-nın İcraiyyə Komitəsinin Kiprdə keçirilən yığıncağı ərəfəsində bu ölkəyə dəvət olun quruma üzv olan milli assosiasiyaların rəhbərləri mükafatlandırma mərasimində iştirak ediblər. Apasport.az saytının məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədovun da qatıldığı yığıncaqda bolqarıstanlı Borislav Mixaylov və polşalı Qjeqoj Lyato mükafat alıblar.

Hər iki mükafatçı hazırda öz ölkəsinin futbol federasiyasının prezidenti olsa da, qəniməti funksioner fəaliyyətinə görə almayıb. UEFA millidə 100 oyun keçirən bütün futbolçuları mükafatlandırmağa qərar verdiyindən bu 2 şəxs də təltif olunub.

Belə ki, 100 matç həddini aşan oyunçuların siyahısını tərtib edən UEFA hər tədbirdə, imkan düşən kimi 2-3 nəfəri sevindirir. Bu dəfə də növbə federasiya prezidentlərinin olub. Onlar mükafatı UEFA prezidenti Mişel Platinidən alıblar. Mixaylov vaxtilə Bolqarıstan yığmasının qapısında 102 oyun keçirib, Lyato isə polşa yığmasındakı 100 oyuna 45 qol vurub.

Qeyd edək ki, Azərbaycan yığmasında 100 oyun keçirmək heç kimə nəsib olmayıb.