AFFA Diniyevi Lənkərana göndərdi
21.09.2011 - 16:38
AFFA Diniyevi Lənkərana göndərdi
Azərbaycan Premyer Liqasının VII turunun oyunlarına təyinat almış hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın Hakimlər Komitəsi turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşanların mərkəzi oyunu Ramil Diniyevə tapşırılıb. O, “Xəzər Lənkəran” – “Qəbələ” matçında fit çalacaq. O, 2 tur əvvəl Lənkərandakı son matçı da idarə edib “Böyük oyun”da meydan sahiblərinin “Neftçi” üzərində qələbəsini qeydə almışdı – 1:0. “Neftçi” ilə “Bakı” arasında paytaxt derbisi isə Elçin Məmmədova tapşırılıb.

23 sentyabr (cümə)

16:00. "Turan" - "Rəvan"

Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov
Tovuz şəhər stadionu

18:00. "Neftçi" - "Bakı"
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

18:30. "Xəzər Lənkəran" - "Qəbələ"
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev
Lənkəran şəhər mərkəzi stadionu

24 sentyabr (şənbə)

15:00. "Sumqayıt Şəhər" - "Simurq"
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. AZAL - "Qarabağ"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov
"AZAL Arena" stadionu

19:00. "İnter" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov
"Şəfa" stadionu

Mənbə: pfl.az