Cavadov penaltidən qol vurdu, komandası “Spartak”ı keçdi
22.09.2011 - 08:26
Futbol üzrə Rusiya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun çıxış etdiyi “Volqa” klubu Moskva “Spartak”ı ilə qarşılaşıb. Nijni Novqorod təmsilçisi adlı-sanlı rəqiblə səfər matçının 4-cü dəqiqəsində erkən qol buraxsa da final fitindən 5 dəqiqə əvvəl qarşılaşmanı xilas edə bilib -1:1.
Fasilədən sonra meydana çıxan Vaqif və komanda yoldaşları əlavə vaxtda bu hesabı qoruya bilib. 1/4 finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Daha dəqiq olan “Volqa” 6:5 hesabı ilə qalib gələrək “Spartak” səddini adlayıb. Seriyada komandasının 2-ci penaltisini yerinə yetirən Cavadov 11 metrlik nöqtədən dəqiq olub.
Qeyd edək ki, Cavadov matçın 69-cu dəqiqəsində sarı vərəqə ilə cəzalanıb

0
0