Mahir Şükürovun cəzası yüngülləşdirildi
22.09.2011 - 08:39
Mahir Şükürovun cəzası yüngülləşdirildi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda “Qəbələ” və “İnter”in müraciətləri müzakirə olunub.

Əyalət təmsilçisi futbolçusu Mahir Şükürovun cəzasının yüngülləşdirilməsi, bakılılar isə və İntizam Komitəsinin 23 avqust 2011-ci il tarixli qərarının ləğv edilməsini istəsə də yalnız birinciləri arzusuna çatıb. Apellyasiya və Ekspert Komitəsi Şükürov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlayıb, amma yüngülləşdirib.

Belə ki, cinah oyunçusu intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılıb, ilkin cəzanın digər 1 oyunu isə 9 aylıq sınaq müddəti tətbiq edilməklə ləğv olunub. 9 aylıq sınaq müddəti ərzində Mahir analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunacaq. “İnter” in şikayəti isə təmin olunmayıb.

Mənbə: affa.az