Yığmamızın futbolçusu Novruz bayramında oynayacaq
22.09.2011 - 09:01
Yığmamızın futbolçusu Novruz bayramında oynayacaq
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadov Novruz bayramını yaşıl meydanda keçirəcək. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun çıxış etdiyi “Volqa” klubunun Rusiya kubokunun 1/4 finaldakı rəqibi və oyununun tarixi müəyyənləşib.

Nijni Novqorod təmsilçisi ilə Moskva “Spartak”ını adlayan həmyerlimizin komandası növbəti mərhələdə “Terek”lə görüşəcək. Qroznılılarla qarşılaşma tarixində ilk dəfə bu mərhələyə yüksələn “Volqa”nın meydanında baş tutacaq. Görüş gələn il martın 21-də - Novruz bayramında keçiriləcək.

Qeyd edək ki, Cavadov 1:1 hesabı ilə başa çatan 1/8 final oyununda penaltilər seriyasından qol da vurub – 6:5.