Sevinc yığmamızı sevindirdi
22.09.2011 - 09:35
Sevinc yığmamızı sevindirdi
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Sissi Raytın yetirmələri “Union Berlin” komandası ilə qarşılaşıb. Yığmamız bu görüşdə 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızın qollarını Sevinc Qurbanova və Aliyə Vəliyeva vurub.

Mənbə: affa.az