Yığmamız Almaniya klubuna qalib gəldi
22.09.2011 - 09:40
Yığmamız Almaniya klubuna qalib gəldi
Almaniyada təlim-məşq toplanışında olan Azərbaycan yığması (U-17) yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri “Kickers Offenbax” klubunun U-17 komandası ilə qarşılaşıblar.

Həmyerlilərimizin üstünlüyü şəraitində keçən matçda yığmamız 3:0 hesabı ilə qələbə qazanıb. Qolları Sadiq Quliyev, Ramin Şirinov və Elvin Bədəlov vurub.

Mənbə: affa.az