Ronaldo paparatsini xilas etdi
22.09.2011 - 11:09
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo yeni qəhrəmanlıq edib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı əfsanə ABŞ-da olduğu vaxt insan həyatını xilas edib. O, Nyu Yorkun küçələrindən birində fotoqrafı ölümdən xilas edib.
Belə ki, “Yekədiş” ABŞ-da İtaliya restoranından çıxarkən amerikalı paparatsilərdən biri onun şəkilini çəkməyə çalışıb. O, öz işini yaxşı görmək üçün küçənin ortasında mövqe seçərək Ronaldonu nişan alıb. Paparatsi işinə o qədər aludə olub ki arxadan gələn yük maşınını da görməyib. Sabiq futbolçu isə vəziyyəti düzgün qiymətləndirərək fotoqrafın üstünəı şığıyıb və onun yük maşınının altında qalmaqdan qurtarıb.

0
0